Rəssam Nihad Əliyevin, görkəmli fransız yazıçısı Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Bakıya səfər etdikdə, Atəşgahı ziyarət etməsi mövzusuna aid çəkdiyi rəsm əsəri – FOTO

Baxılıb:373
Rəssam Nihad Əliyevin, görkəmli fransız yazıçısı Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Bakıya səfər etdikdə, Atəşgahı ziyarət etməsi mövzusuna aid çəkdiyi rəsm əsəri – FOTO

 

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən Atəşgah məbədinin özünəməxsus yeri var. Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Bu tarixi məkan müxtəlif xarici ölkələrdən də tacirlərin, səyyahların, elm, mədəniyyət xadimlərinin diqqətini çəkib. Həmin bu məbədi ziyarət edən, dünyaca məşhur şəxslər sırasında həmçinin Aleksandr Düma olub.
1858-ci ildə Atəşgahı ziyarət etmiş fransız yazıçı Aleksandr Düma (ata), məbəddə xidmət edən kahinləri parslar, gebrlər və maqlar adlandırmışdır. Rəsm əsərində Aleksandr Dümanı, Atəşgahda gördüklərinə valeh olduğu təsvir eləyib.
Rəsm Jan Pyer Muaneni əyləşib Atəşgah abidəsini naturadan çəkməsini təsvir edib. Aleksandır Düma “Qafqaz səfəri” adlı əsərində Suraxanıdakı Atəşgahı gördüyünü yazır və belə təsvir edir: “…Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Sola burulub alçaq çökəklik və təpələrdən addayır. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ocaqlar ovuc içi kimi görünürdü. Onlar 1 kvadrat liyalu (fransız məsafə ölçüsü) sahədə yerləşirdi. Külək əsdikcə alov zolaqları, dilləri sanki qəribə rəqslər edir, gah bulaq təki qaynayır, gah dalğa təki yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür oynayırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra qəfildən “əlbəyaxa” olurlar. Külək nə qədər cəhd edirdisə odu, alovu söndürə bilmirdi. Havaya yüzlərlə qalxan alov əhənglənmiş binanı , onun divarlarını işıqlandırır, daha da nəzərə çarpdırırdı. Elə təsəvvür oyanırdı ki, bina özü də tərpənir. Binanın içəri tərəfində dövrələmə düzəldilmiş ocaqlardan şölələnən qaz iri məşələ oxşayırdı. Bu ocaqların hər birisinin yan tərəfində dördkünc günbəz vardı, hər kücdə də alov püskürürdü. Günbəzlərin küclərindəki ocaqların alovu nisbətən zəif idi. Günbəzlərin küçələrindəki ocaqların alovu nisbətən zəif idi.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir