Rəşad Nəbiyevə vəzifə verildi
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) vəzifə verilib.
Aztimes.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Yeni Texnologiyalar və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.
Komissiyanın vəzifəsi nəticələrin yüksəldilməsinə şərait yaratmaq və müasir texnologiyaların idmançıların inkişafına yönəldilməsinə kömək etməkdir.