Rəhim Qazıyev Azərbaycan polsindən danışdı: “Onlar mənlə çox…”

Baxılıb:137
Rəhim Qazıyev Azərbaycan polsindən danışdı:  “Onlar mənlə çox…”

Bu gün  28 may metrosu ətrafında elan olunmuş icazəsiz, baş tutmayan  mitnqdə sabiq Müdafiə Naziri Rəhim Qazıyev polis tərəfindən saxlanılaraq ərazıdən uzaqlaşdırıldı.  Ərazdə olan polis əməkdaşları onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığını dediyi üçün ora yollandıq. Lakin yolda məlumat verildi ki, Rəhim Qazıyev artıq sərbəst buraxılıb. Rəhim Qazıyevlə görüşüb nə baş verdiyini öyrənməyə çalışdıq.  O,  Polislərin ona qarşı şox nəzakət və hörmətlə rəftar etdiyini bildirdi. ” Onlar mənə rejmi təriflədilər, mənsə öz növbəmdə mənfilərini dedim. Heç bir hörmətsizlik etmədilərər. ”

-Hansı bölməyə aparıldınız?

-Nə bölmə? Mən bölməyə aparılmamışam. Sağ olsunlar,  bütün şəhəri gəzdirdilər. Nazir vəzifəsindən istefa etdikdən sonra məni  hələ belə  gəzdirən olmamışdı. (gülür)

-Sizə hər hansısa bir təyziq, zorakılıq oldumu?

-Əsla polislər mənimlə çox hörmətlə, ehtiramla davrandılar. Yol boyu səmimi idilər.

Pərvin Abışova  /AzTimes/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir