Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib

Baxılıb:105
Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib

AzTimes.az xəbər verir ki,Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zindan-Muruq  kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 1420 kiloqramdan artıq olan, 724  ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Abunəlik