Qusarda polis əməkdaşları məktəblilərin qonağı olublar

Baxılıb:218
Qusarda polis əməkdaşları məktəblilərin qonağı olublar

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 nömrəli tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, çıxış edən RPŞ-nin YYÇPİT qrupunun baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik