Qusarda məktəblilərlə görüş keçirildi
AzTimes.az xəbər verir ki,Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Həsənqala kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Hidayət Babayev müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun fəsadlarından, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. Qeyd olunub ki, “ağ ölüm”lə mübarizədə ümumilikdə cəmiyyət barışmaz mövqe tutmalı, xüsusən gənclərimizə onun zərərləri barədə daha çox məlumat verilməlidir ki, fəsadları barədə məlumatlı olsunlar.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev dinləyicilərə erkən nikahın fəsadları barədə ətraflı məlumat verib.
Sonda şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.