Qurban Qurbanov “Barselona”nın düşərgəsində
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsinə yollanıb.
Təcrübəli mütəxəssis İspaniyaya ötən gün yola düşüb. Onunla birlikdə səfərə Ağdam klubunun tərcüməçisi Elvar Quliyev də yollanıb.
Qurbanov “Barsa”nın təlim-məşq bazasındadır. O, komandanın məşq proseslərini izləyir. Eyni zamanda almaniyalı həmkarı Hans Fliklə görüşməsi planlaşdırılır.
53 yaşlı mütəxəssis səfər boyunca klubun bazasındakı şəraitlə tanış olacaq. Onun “La Masiya”ya baş çəkməsi də planlaşdırılır.
