Qubada silsilə ƏMƏLİYYAT-Saxlanılanlar VAR

Baxılıb:179
Qubada silsilə ƏMƏLİYYAT-Saxlanılanlar VAR

Polis Qubada silsilə əməliyyat keçirdi: saxlanılanlar var

      “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AzTimes.az-a verilən məlumata görə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli  metamfetamin,  heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.Faktlarla bağlı istintaq aparılır.


Abunəlik