Qubada məktəblilər narkomaniya əleyhinə maarifləndiriliblər

Baxılıb:167
Qubada məktəblilər narkomaniya əleyhinə maarifləndiriliblər

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az -a verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovniki Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.


Abunəlik