Quba sakinindən narkotik vasitə aşkarlandı

Baxılıb:156
Quba sakinindən narkotik vasitə aşkarlandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Rahib Həsənov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.


Abunəlik