Quba polisi Ümummilli liderin 100 illiyi münasibətilə tədbir keçirildi

Baxılıb:285
Quba polisi Ümummilli liderin 100 illiyi münasibətilə tədbir keçirildi
    

AzTimes.az xəbər verir ki,Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhər ərazisində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Polis Şöbəsinin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.


Tədbiri giriş sözü ilə açan Polis Şöbəsinin rəisinin vəzifələrini müvəqqəti icra edən əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Bəhruz Bədəlov müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışıb.


Daha sonra çıxış RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.
Sonda Ulu Öndərin həyat və yaradıcılığına dair videoçarx nümayiş olunub.


Abunəlik