Quba polisi məktəblilərin qonağı olub-FOTO
AzTimes.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Amsar kənd tam orta məktəbində “Narkomaniya cəmiyyətin düşmənidir” mövzusunda görüş keçirilib*Görüşdə çıxış edən Quba RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Güreyl Məmmədov bildirib ki, narkomaniya, narkotik tərkibli maddələrin istehsalı və onlardan istifadə bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli problemlərdən biri olmaqda davam edir. Narkomaniyanın fəsadları, miqyası artdıqca onunla mübarizə daha da aktuallaşır.Həmçinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.