Qonşular evə daxil olanda-Şamaxıda DƏHŞƏT

Baxılıb:813
Qonşular evə daxil olanda-Şamaxıda DƏHŞƏT

AzTimes.az xəbər verir ki, Şamaxının Sağyan kəndində ,qonşuların iddiasına görə yüngül həyat tərzi yaşayan ana və nənə körpə uşağı hər gün ac və sahibsiz evdə kilitləyib gedirlər .
Ötən gün körpənin ağlamağa ara vermədiyini görən qonşular məcbur qalıb evə girdikdə gördüklərindən dəhşətə gəliblər. Uşaq döşəmədə ac və çarəsiz vəziyyətdə ağlayırmış. Onlar körpəyə yemək verərək əynini dəyişiblər. Daha sonra körpəni videoya çəkərək Uşaq sıginacagının rəhbəri Kəmalə Ağazadəyə müraciət ediblər.
Məsələ ilə bağlı Şamaxı rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı.


Abunəlik