Qobustanda REYDLƏR BAŞLADI

Baxılıb:158
Qobustanda REYDLƏR BAŞLADI

Qobustanda şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən monitorinq zamanı şadlıq saraylarında, fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı  şəhər ərazisində fəaliyyət göstərən “Qırxbulaq” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların  “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.  Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Aslan Dəmirov  barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq o, 4 min manat cərimələnib. Rayonun kəndlərində və şəhər ərazisində yerləşən ümumilikdə 7 fərdi yaşayış evində keçirilən toy mərasimlərində də karantin rejiminin tələblərinin pozulması halları aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman dəvət edilən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən olunub. Həmin toy sahiblərinin hər biri 400 manat cərimələnib.


Abunəlik