QAZİLƏR ETİRAZ EDİR: “BİZİ NARAZI SALMAQDA…”AYNA QARŞISINDA AKSİYA
60 saylı marşrut xətti üzrə hərəkət edən marşrutlar uzun illərdir ki, Birinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən idarə olunurdu. Oradan əldə edilən məbləğ bir qrup şəhid ailəsinə və qazilərə dəstək məqsədilə sərf edilir. Amma bir müddətdir ki, AYNA bu marşrut xəttinin qazilərdən alınmasına qərar verib. Buna səbəb kimi xəttə buraxılan avtobusların müasir standartlara cavab verməməsi göstərilir. Marşrut xəttini idarə edən şəxslər quruma müraciət edərək avtobusları dəyişdirəcəklərini desə də AYNA rəhbərliyi onlarla razılaşmayıb. Beləliklə iki saata yaxın çəkən görüş heç bir nəticə verməyib. Ötən gün AYNA qarşısına toplaşaraq verilən qərara etiraz edən qazilər AzTimes.az-a danışıblar. Videonu olduğu kimi sizə təqdim edirik: