Qazi ailəsi kirayə qaldığı evdən çıxarıldı-VİEO/FOTO
Ailənin iddiasına görə kirayəni iki aylıq gecikdirdiklərinə görəmüharibə vaxtı ev sahibi onları evdən çıxarıb. Ailə başçısı Vahid Məmmədovun ön cəbhədə olması belə ev sahibinin vicdanını silkələməyib.
Vahid Məmmədov müharibədə ən qaynar nöqtələrdə döyüşüb, yaralanıb. İndi də Kəlbəcərdə xidmətini davam etdirir.O,həyat yoldaşını və 7 övladını bizlərə əmanət edərək qatılmışdı döyüşlərə.
Evdən çıxarılan ailə Göygöl rayonu Xoş kəndi, Qaqarin küçəsində heç bir şəraiti olmayan evdə məskunlaşıblar. Evdə nə soyuducu var, nə paltaryuyan. Evdə şərait olmadığından uşaqlar heç biri online dərslərə qoşula bilmir.
Yeddinci övlad dünyaya gəldikdə ailənin xanımının səhhətində ciddi problem yaranıb, əməliyyat olunub. Qəza nəticəsində ailənin qızlarından biri Zəhra Məmmədova ağır yanıq xəsarətləri alıb. Bakı şəhər beş saylı xəstəxanada uğursuz əməliyyat olunub. Əməliyyat üçün imkansız ailədən beş min manat pul alınıb. Hal-hazırda körpənin qolu açılmır.