Qazaxıstanda YENİ VİZA – Turistlərdən nələr tələb ediləcək?

Baxılıb:43
Qazaxıstanda YENİ VİZA – Turistlərdən nələr tələb ediləcək?

Qazaxıstanda “Neo Nomad” yeni növ vizası tətbiq edilib ki, bu viza səyahət edərək məsafədən işləyən, iş və istirahəti birləşdirən xarici turistlər üçün nəzərdə tutulub.

Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla tətbiq etmiş 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır.

“Neo Nomad” vizası almaq üçün əcnəbi vətəndaş Qazaxıstandan kənarda ən azı 3 min dollar sabit gəlir nümayiş etdirməlidir.

Həmçinin, əsas gəlir tələblərinə əlavə olaraq, əcnəbi ərizəçilərə tibbi sığorta və məhkəməyə düşməməsi haqqında arayış tələb olunacaq. Viza müxtəlif sahələrdə – proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə qədər məsafədən işləyən turistlər üçün nəzərdə tutulub.

Xarici turistlər, eyni zamanda öz xarici şirkətlərində işləyərkən Qazaxıstanda bir ilədək qala biləcəklər. Bu, onlara həm ölkənin həyatına və mədəniyyətinə bələd olmağa imkan verəcək, həm də Qazaxıstana əlavə iqtisadi fayda gətirəcək.


Abunəlik