Qazaxıstanda polis binaları və maşınları yandırıldı
Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Tarazda üç polis binası yandırılıb.
“Tarazda üç polis binası – vilayət departamenti, şəhər baş polis idarəsi və 1 saylı polis bölməsi yandırılıb”, – deyə bildirilir.
Qeyd edilir ki, iğtişaşçılar 50-yə yaxın polis avtomobilini də yandırıblar.
Hazırda şəhərdə vəziyyətin sakit olduğu vurğulanır.