Qazaxıstanda mədən çökdü: ölən 7 nəfərin meyiti tapıldı – Yeniləndi
Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.
Bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Yeddi işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib.
***
Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən “Jomart” mədənində dağ süxurlarının uçması baş verib.
Bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.
Hadisənin səbəbləri araşdırılır.