Qazaxıstanda AZAL-ın sərnişinlərinin xilas olunmasında iştirak edənlər mükafatlandırıldı
Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirakına görə Qazaxıstanda bir qrup şəxs – Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.
Bu barədə Manqistau vilayəti administrasiyası məlumat yayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib.