Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? – Səfir DETALLARI AÇIQLADI

Baxılıb:48
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? – Səfir DETALLARI AÇIQLADI

Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri Dauren Abayev ölkəsinin ölkənin milli maraqlarına uyğun gələn BRICS təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Onun sözlərindən TASS sitat gətirib.

“İndiyə qədər biz üzvlük üçün müraciət etməkdən çəkinmişik və bununla bağlı mətbuatda müəyyən əsassız eyhamlar olub. Ölkəmiz bundan sonra da təşkilatın inkişafını yaxından izləyəcək və məhsuldar dialoqu gücləndirəcək”, – diplomat vurğulayıb.

Abayev Qazaxıstanın BRICS-in tərəfdaş ölkəsi statusu aldığını da xatırladıb.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali bildirib ki, Qazaxıstan hazırda və yaxın gələcəkdə BRICS-ə müraciət etməkdən imtina etmək qərarına gəlib.

BRICS doqquz ölkənin birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaranıb.


Abunəlik