Qazaxda gənclərin maariflənməi üçün təlimlər keçirildi
AzTimes.az xəbər verir ki, 3 sentyabr 2019-cu il tarixdə Qazax Gənclər Kariyera və İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Sosial şəbəkələrdən düzgün istifadə”, “Motivasiya və özünü inkişaf” və “Vaxt var” başlığı altında təlim təşkil edilib. Təlim gənc ixtisasçılar Əli Əliyev, Nicat Məmmədli və Azər Qasımov trəfindən keçirilib. Təlimdə iyirmidən çox gənc iştirak edib. Təlimin keçirilməsində məqsəd gənclərdə şəxsiyyətin daha mükəmməl formalaşması, özgüvənin artması və kritik anlarda çətinliklərə sinə gərməyi aşılamaq olub. Gənclər təlimlərin təşkilində yaratdığı şəraitə görə mərkəzin rəhbəri İsmayıl Süleymanova öz təşəkkürlərini bildiriblər.
Pərvin Abışova /AzTimes.az/