Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu 450 min avroluq avtomobildə gəzir…

Baxılıb:1265
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu 450 min avroluq avtomobildə gəzir…

Öncə onu qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Abas oğlu Babaşovun tərcümeyi-halı ilə bağlı xeyli axtarış aparsaq da, hətta Vikipediyada da 1 cümləyə rast gəlmədik. 
Sözün düzü, bu rüsvayçılıqdır. Qazax boyda rayonun rərhbərinin harada, neçənci ildə doğulması, məktəbə getməsi ( əgər gedibsə ), hansı ali məktəbi bitirməsi ( bilmirik bitirib, yoxsa bitirməyib ), hərbi xidmətdə olub-olmaması barədə  heç bir məlumata rast gəlmədik. 
Ona görə də media üzərindən araşdırmağa başladıq. 
Bəlli oldu ki, Babaşov  əvvəllər  vergi orqanlarında çalışıb, tanınmışlardan birinin “qara kassasl” olub. Müxtəlif vəzifələrdən keçə-keçə axırda Qazağın icra başçısı olub. 
Yazılanlardan məlum olur ki, icra başçısı rayonda yerini möhkəmlədən kimi “Qırmızı körpü” keçid məntəqəsinin rəisi ilə kabinetdə əlbəyaxa olub. Deməli, icra başçısı Babaşov deyib ki,  rayonun sahibi mənəm, ona görə də Gürcüstandan  qeyri-leqal yolla siqaret gətirməliyəm və keçid məntəqəsi buna göz yummalıdır. 
Babaşovun ikinci əməliyyatı Qazaxda dillər əzbəri olan ərik bağlarını satması  olub. 
Rayon mərkəzindəki səkiləri satmaqdan doymayan Babaşov   rayondakı 78  hektar ərik bağını satıb və 624 min manat  pulu oğlunun Kapital bankdakı  hesabına keçirib. 
İcra başçısı rayona gələn kimi köhnə  bazara təzə nırx  qoyub. Rayon ərazisində tikilən istənilən obyektin qiyməti ən azı 10 min mant olmalıdır. Pulları isə bələdiyyə sədri Tofiq müəllim yığır. Obyektin tikintisinə isə heç bir rəsmi sənəd  verilmir. 
Bunlardan əlavə icra başçısının  bir özəlliyi də var. Kim başçıdan yuxarılara şikayət edirsə, Babaşov onu şərlədib tutdurmağa çalışır. 
Bütün bunlar azmış kimi icra başçısı Babaşovun  oğlu 450 min avroluq xarici avtomobildə gəzir.  

Adama deyərlər hansı pulla, Babaşov ?
Qoy bunu “bandotdel” araşdırsın ?
gundelik baki/


Abunəlik