Qazax icra hakimi sakinlərin torpağını belə əllərindən alır-YENİLƏNDİ

Baxılıb:543
Qazax icra hakimi sakinlərin torpağını belə əllərindən alır-YENİLƏNDİ

AZTİMES.AZ saytında 13.08.2020-ci il tarixdə dərc olunan “”Qazaxda vətəndaş haqqı tapdalanır” adlı şikayət məktubu dərc etmişdik. 

Həmin şikayətə əsasən vətəndaş Dilişov Zirəddin Əmiraslan oğlu RIH başçısı tərəfindən torpaq sahəsinin qanunsuz əlindən alınmasını bildirmişdi. Əməkdaşımız həmin vətəndaşla görüşüb vəziyyətlə tanış olub. Vətəndaş Dilişov Zirəddin Əmiraslan oğlu bildirmişdir ki, şikayətdən sonra əkin sahələrini geri qaytarmışlar, lakin sahədə olan kartof məhsulunu tam yığaraq mənimsəyib sonra boş sahəni geri qaytarmaqla kifayətlənmişlər. Vətəndaş onun torpaq mülkiyyətinin çox gec tanınmasından və onun əkin sahəsinin uzun müddət zəbt olunmasından, yığılan məhsuldan ona heç bir vəsait ödənilmədiyindən, bir sözlə haqqının tapdanılmasından şikayətçi olduğunu bildirərək xahiş edib ki , şikayətinin cənab Prezidentə və digər aidiyyəti qurumlara çatdırılmasına yardımçı olaq. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(amia.az)


Abunəlik