Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi bir qrup jurnalistləri mükafatlandırdı- FOTOLAR

Baxılıb:347
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi bir qrup jurnalistləri mükafatlandırdı- FOTOLAR

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat günü münasibətiilə Azərbaycan mətbuatının inkişafında böyük rolu olan peşəkar media nümayəndələrinin əməyinə dəstək olaraq “Jurnalistlərin mükafatlandırılması mərasimi” həyata keçirildi.

Mərasimdə rəsmi şəxslər, Millət vəkilləri Elman Nəsirov, Razi Nurullayev, Hacı Nuran
Aydın Mirzəzadə, Hacı Nizami, Təşkilatın sədri Yasəmən Qəyyumlu, media nümayəndələri, QHT təmsilçiləri işdirak edərək çıxış etdilər.

Mükafatlandırılma mərasimində çıxış edənlər Jutnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixinə nəzər salaraq qeyd etdilər ki, təbiətşünas Alim, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin naşiriliyi ilə işıq üzü görən Əkinçi qəzetinin mətbuat tariximizdə əhəmiyyətli olduqca böyükdür.
Natiqlər onu da vurğuladılar ki, dünyada sosial media nə qədər inkişaf etsə də ölkəmizdə “Əkinçi” qəzetinin ənənləri bu gün də dərin hörmət və ehtiramla Azərbaycan mediası tərəfindən uğurla davam etdirilir.

Mükafatlandırma mərasimdə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda dünyada gedən informasiya müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində milli vətənpərvər ruhda fəaliyət göstərmələri Azərbaycan jurnalistlərinin peşəkarlığının göstəricisidir.

Yasəmən Qəyyumlu onu da vurğuladı ki, milli maraqlarımıza xidmət edən jurnalistlərimizə qarşı hər birimiz diqqət və qayğı ilə yanaşaraq onların fədakar fəaliyyətlərini dəyərləndirməliyik.Birlik sədri deyib ki, bu gün həyata kemirdiyimiz mükafatlandırma mərasimini təşkil etməkdə əsas məqsəd jurnalistlərimizə vətəndaş cəmiyyətinin diqqət və dəstəyidir. Vətənpərvərlik ruhunda tədbir və bu sayaq ictimai, mədəni əhəmiyyətli təşəbbüslərimiz gələcəkdə də davam etdiriləcək.

AzTimes.az


Abunəlik