Qarpız tumunun FAYDALARI
Qarpız mövsümü gələndə bu sual aktual olur: Qarpızı tumlu yemək olarmı?
Türkiyəli dietoloq Sena Yanq qarpız tumlarının insan orqanizmi üçün çox faydalı olduğunu deyir.
“Qarpız tumları maqneziumla zəngindir, bu da dərinin ümumi sağlamlığını yaxşılaşdırmağa kömək edir”, – dietoloq bildirib.
Mütəxəssisin sözlərinə görə, tumları çeynəməyin və ya bütöv udmağın fərqi yoxdur.
Qarpızı tumları ilə birgə yesək orqanizmə necə təsir edəcək?
Saçlar daha güclü olacaq
Qarpız tumları saçın keyfiyyətini yaxşılaşdıran zülallar, dəmir, maqnezium, sink və mislə zəngindir. Manqan isə saç tökülməsinin qarşısını alır.
Dəri sağlam olacaq
Tumlar onun üçün nəmləndirici kimi olacaq: maqnezium qaşınmanı aradan qaldıracaq, sink isə zülal sintez etmək, hüceyrələri bölmək və bərpa etmək qabiliyyətinə görə qocalma prosesini ləngidəcək.
Ürəyiniz daha sağlam olacaq
Qarpız toxumları tərkibindəki arginin sayəsində iltihab əleyhinə antioksidant və vazodilatator kimi fəaliyyət göstərir. Sink ürək-damar sağlamlığında da mühüm rol oynayır.
Sinir sistemi daha güclü olacaq
Tumlar sağlam sinir sistemini qorumağa kömək edən B vitaminlərinin mənbəyidir. Demans və emosional pozğunluqlarda faydalıdırlar.
Təzyiq düşəcək
Tumlar bədəni proteinlə təmin edən və qan təzyiqini aşağı salan sağlam yağlarla zəngindir.