Qaradağ sement zavodunun direktoru ilə bağlı İLGİNC İDDİA – Frederikin kef məclisi
Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, keçmiş sovet dövründə, daha dəqiq desək 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə ( Açıq Səhmdar Cəmiyyəyə ) çevrilib.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur.
Məlumat üçün bildirək ki, özəlləşdirmə zamanı keçmiş “Qaradağ – Sement” ASC-nin (hazırda “Holcim Azərbaycan” ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib.
Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər.
Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.
Ancaq neçə illərdir ki, yüksək gəlirlə işləyən “Sement zavodu” öz keçmiş işçilərinə. yəni səhmdarlara divident ödəmir. Bu barədə dəfələrlə səhmdarlar müxtəlif dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə olmayıb.
Əksinə Holcim ASC səhmdarlara bildirib ki, pandemiya-karonavirus səbəbindən səhmdarlarının iyunun 3-nə təyin edilmiş illik ümumi yığıncağı QEYRİ-MÜƏYYƏN tarixə qədər təxirə salınıb.
NUH.az-a daxil olan məlumata görə, yalandan koronavirus səbəbindən səhmdarların pulunu ödəməyən, hətta ümumi yığıncağı QEYRİ-MÜƏYYƏN müddətə təxirə salan Holcim-in direktoru FREDERİK GUİMBALA-nın başı eyş-işrətə qarışıb. Koronavirus dövründə məhdidiyyətlər ortada olduğu vaxtda, ictimai məsafə qadağanı zamanı cənab Frederik Guimbala necə hərəmxana saxlayır, eyş-işrət, diskoteka-zad…
Bəs hüquq-mühafizə orqanları hara baxır ?
Keçmiş fəhlələrin, yəni səhmdarların pulunu-dividentini verməyən cənab Frederik Guimbala bu kef məclislərinə pulu haradan tapır ?
Fərz edək ki, əcnəbi Frederikin başı eyş-işrətə qarışıb. Bəs şirkətin Maliyyə direktoru DİLBƏR Sultanovanın başı nəyə qarışıb ?
Bu barədə NUH.az-ın araşdırması davam edir.