“Qarabağ”ın yıxdığı komanda Çerçesova tapşırılır?

Baxılıb:75
“Qarabağ”ın yıxdığı komanda Çerçesova tapşırılır?

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov Bolqarıstanın “Ludoqorets” klubuna rəhbərlik edə bilər.

Bu barədə “24chasa.bg” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Çerçesov “Ludoqorets”in prioritet variantıdır. Danışıqların son mərhələdə olduğu qeyd edilir. Avqustun 17-də baş tutacaq “Levski” ilə oyundan sonra Çerçesovun “Ludoqorets”ə rəhbərlik edə biləcəyi gözlənilir.

Hazırda “Ludoqorets” 6 xalla Bolqarıstan çempionatının turnir cədvəlində səkkizinci yerdədir.

İyunun 3-də Stanislav Çerçesovun futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib. 60 yaşlı rusiyalı mütəxəssisin əvvəlki iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın “Ferençvaros” klubu olub.

Qeyd edək ki, Bolqarıstan klubu ÇL-in 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (2:1, 2:7) mübarizəni dayandırıb.


Abunəlik