Qarabağ “qıfılının” 2023 açarı
Sizin məhşur Sevr müqaviləsindən xəbəriniz varmı? O zaman sizə qısa məlumat verim. Təfərrüala danışsam , gərək günlərlə vaxt itirək. Birinci Dunya Müharibəsində uduzmuş ölkələr arasında bağlanmış müqavilələrdən biridir Sevr.
10 Avqust 1920-ci ildə Birinci Dünya Müharibəsindən sonra Parisin 3 km qərbində, Sevres (Sevr) şəhərinin ətrafındakı Keramika Muzeyində (Musée National de Céramique) imzalanmışdır. Müqavilənin imzalandığı dövrdə davam edən Türk İstiqlal Müharibəsi nəticəsində türklərin qələbəsi ilə bu müqavilənin əvəzinə 24 İyul 1923-cü ildə Lozanna Müqaviləsi imzalanaraq həyata keçirildiyi üçün Sevr müqaviləsi qüvvəsini itirmişdir. Sevr müqaviləsi 433 maddədən ibarət idi.Müqavilədə Osmanlıya ağır şərtlər qoyulmuşdu. Yuxarıda qeyd etdiyim tarixdə imzalanmasına baxmayaraq qəbul edilib qüvvəyə minə bilmədi. ABŞ prezidenti V.Vilsonun təklifi ilə Senata çıxarılan müqavilə orada da rədd edildi. Bax, burada dəstək görə bilməyən ermənilər Rusiyaya sığındı. İndi də eyni qayda ilə hərəkət etməkdədirlər.1923-cü ildə Lozanna imzalandı. Yenə oyun Türklər üzərindən oynanılırdı. Şərtlərə görə Türkiyə öz təbii sərvətlərindən istifadə edə bilərdi, amma kiminsə-xarici və Qərb investorlar vasitəçiliyi ilə.
Müqavilə şərtlərində Ermənistana qatılan torpaqlar da öz əksini tapırdı.
LOZANNA sazişi (24 iyul 1923-cü il)Türkiyənin sərhədlərini və ərazidəki statusunu müəyyən etməklə həmçinin, gələcəkdə baş verəcək prosesləri kodlaşdırırdı. Qısa şəkildə izah edim ki, Türkiyə bu müqaviləyə əsasən çox şeydən məhrum olmuşdu. O, öz nüfuzunu ancaq 1936-cı ildə bağlanmış Montro sazişi ilə qaytara bildi. Unutmayaq ki bu saziş də xristian birlikləri tərəfindən tərtib edilmişdi, Türkiyədə ipləri əldə saxlamaq üçün müəyyən maddələr olacaqdı-ermənilərin və yəhudilərin Türkiyədə tam hüquqlu vətəndaş statusu almaları kimi.
Məsələnin əsl üzünü sizə açıqlayım. Hər bir sazişin 100 il ömrü var. Sazişlər 100 il bitdikdən sonra qüvvədən düşür. Sevr sazişi son nəfəsini verir. Ərdoğanın hər çıxışında 2023-cü ili dönüş ili adlandırması, Azərbaycan hökumətinin Qarabağ məsələsində olduqca təmkinlə diplomatik yolla addımlaması , Ermənistanın arxasına bibər sürtülmüş yabı kimi sağa-sola şıllaq atması sizə heç nə demir???
Dünya xəritəsində dəyişiklik olmalıdır. Bunu biz yox, sələflərimizin cızdığı planlar deyir. Hadisələrin oxşarlığı və ya eyni hadisələrin eyni tarixdə olması bəzən bizə təsadüfü görünə bilər. Amma elə deyil. Bu hər şeyin plan üzrə getməsidir.Tarix də, faktlar da bizim xeyrimizə işləyir. Sadəcə doğru lider , doğru qərar, düzgün seçim gərəkdir ki, BÜTÖV AZƏRBAYCANI görə bilək. Qarabağ məsələsində qalib bizik!
Pərvin ABIŞOVA /AzTimes.az/