Qarabağ qazisi döyüldü-DİN açıqlama verdi

Baxılıb:261
Qarabağ qazisi döyüldü-DİN açıqlama verdi

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis baş
leytenantı Eşqin Qasımov sosial səbəkələrdə Vətən Müharibəsi iştirakçısı Kənan Aşurovun əsassız olaraq Ağstafa rayon Polis Şöbəsinə gətirilməsi, orada döyülməsi və təhqir olunması ilə bağlı AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Kənan Aşurovun əsassız olaraq Ağstafa rayon Polis Şöbəsinə gətirilməsi, orada döyülməsi və təhqir olunması ilə bağlı həqiqətə uyğu olmayan, böhtan xarakterli məlumat dərc edilib.
İyul ayının 31-də Ağstafa rayon Yenigün kənd sakini Tural Vəliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasında şübhəli bilinən həmin kənd sakini Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə dəvət edilmiş lakin, sonuncu polis əməkdaşlarının qanununi tələblərinə riayyət etməyərək cəmiyyət içərisində qeyri-adekvat hərəkətlər nümayiş etdirib. Daha sonra K. Aşurov RPŞ-də öz xuliqanlıq hərəkətlərini davam etdirərək şöbə əməkdaşlarına nalayiq ifadələr işlədərək vətən Vətən Müharibəsi iştirakçı olduğuna görə etdiyi qanunsuzluqlara göz yumulmalı olduğunu, polisə gətirilməməli olduğunu bildirib və inzibati binadaxidmət göstərən polis əməkdaşlarının xidmətinə mane yaradıb. Daha sonra K. Aşurovun anası İlhamə Aşurova da polis şöbəsinə gələrək övladının qeyri-adekvat hərəkətlərini dəstəkləmiş və polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) maddəsi ilə protok tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs həmin maddə ilə təqsirli bilinərə, K. Aşurov xəbərdarlıq, İlhamə Aşurova isə 50 manat miqdarında cərimə edilib.

AzTimes az


Abunəlik