Qarabağ döyüşçülərindən pul alan”QƏZƏNFƏR MÜƏLLİM ” kimdir?- DİN- dən AÇIQLAMA

Baxılıb:298
Qarabağ döyüşçülərindən pul alan”QƏZƏNFƏR MÜƏLLİM ” kimdir?- DİN- dən AÇIQLAMA

Bir qrup Qarabağ döyüşçüsü AzTimes.az saytına müraciət edərək bildirib ki, müharibədən sonra işsizlik problemi ilə üz-üzə qalmalarından istifadə edən Beyləqan rayon Kəbirli kənd sakini Zeynalov Fəyyaz Sərvaz oğlu onlara Şuşa şəhərində fəaliyyət göstərən hərbi çörək sexlərində işçiyə ehtiyac olduğunu , sexlərin rəisi Qəzənfər müəllimin işçi axtardığını bildirib. O, bildirib ki, bunun qarşılığında onlar Qəzənfər müəllimə “şirinlik” verməlidirlər. Evlərinə bir parça çörək aparmaq ümidində olan veteranlar borca girərək ümumilikdə təqribən 5 000 AZN məbləğində ödəniş ediblər. Lakin həmin gündən nə sözügedən “Qəzənfər müəllim” , nə də Fəyyaz Zehnalovdan hec bir xəbər ala bilməyiblər. Çox maraqlı məqamdır ki, aldadılan şəxslərin əksəri qazi və şəhid atasıdır. İndi ümidi hər yerdən kəsilən vətəndaşlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və prezidentdən kömək istəyirlər.

_______

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Abunəlik