“Qara delfin”in dəhşətli sakinləri-FOTOLAR

Baxılıb:1965
“Qara delfin”in  dəhşətli sakinləri-FOTOLAR

Rusiyanın Qazağıstanla sərhəddində Orenburq vilayəti,Sol-İleçk şəhəri yaxınlığında yerləşən 200 yaşa malik  bu həbsxananın   adına ilk dəfə 1747-ci ildə rast gəlinib. Maraqlı nüans odur ki, həbsxanaya “Qara delfin ” adını məhbuslar qazandırıb. Məhbuslar tərəfindən həbsxana  həyətində  inşa edilmiş  qara delfin heykəllərinə uyğun olaraq həbsxana belə adlandırılmağa başlayıb. Həbsxana sakinlərinin cinayət işləri ilə tanış olduqda insanı vahimə basır. Sübut olunmuş və olunmamış 3500 cinayət işi…… Bu hər məhbusun orta hesabla ən azı 5 cinayət  törətməsi anlamına gəlir. Sıralarında adamyeyənlər, valideynlərini və yaxınlarını qətlə yetirənlər, uşaqbazlar, millət vəkilləri, marfiyozlar….daha kimlər, kimlər var.  Həbsxanada ən ağır cinayət törətmiş, hətta dəfələrlə məhkum olmuş cinayətkarlar var. Həbsxana içərisində güvənlik o qədər yüksək səviyyədədir ki,gözətçilər  cinayətkarlardan çoxdur. Belə ki, hal-hazırda burada təxminən 863 dustaq saxlanılır, gözətçilərin sayısa 900 nəfərdir. Həbsxanada illərdir ki, hücrələr hər 15 dəqiqədən bir yoxlanılır. Məhkumlar gündə cəmi bir dəfə hücrələrindən çıxarılaraq 90 dəqiqəlik idman hərəkətləri üçün digərindən bir az böyük hücrələrə aparılırlar.
Похожее изображениеBu  və baxça gəzintiləri belləri bükülmüş, əlləri arxadan qandallı şəkildə bir qədər yuxarı qaldırılmış halda, ən azı üç gözətçinin iştirakı ilə həyata keçirilir.24 saat  güclü nəzarət altında olan məhkumlara gün ərzində oturmağa və yatmağa icazə verilmir. Yatmaq ancaq yuxu saatında həyata keçirilir."Taro" "Qara delfin"dən çıxan kimi Rusiyanı tərk etməlidir

Həbsxanada yeməkxana yoxdur. Bütün məhbuslar gündə dörd dəfə olmaqla müxtəlif şorbalar və çörəklə  qidalanırlar. Yemək zamanı belə hücrədən çıxarılmırlar.Картинки по запросу qara delfin

Bu 200 il ərzində Qara delfin həbsxanasında qaçış, qaçışa cəhd qeydə alınmamışdır. Həbsxanadan azad olunan belə olmamışdır. Bura əsl cəhənnəmdir.Məhbuslar buradan ancaq bir yerə gedirlər-öldükdən sonra yaxınlıqda yerləşən kimsəsizlər qəbristanlığına. Məzarlara heç bir ad və soyad yazılmır. Dəmir lövhələrdə nömrənməklə kifayətlənilir. Buna səbəb isə, öldükdən sonra məzarların aşkarlanıb təhqir edilməməsidir.

Pərvin Abışova.Похожее изображениеКартинки по запросу qara delfin


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir