Qara dəniz üzərində 3 raket məhv edildi – Kim atıb?

Baxılıb:36
Qara dəniz üzərində 3 raket məhv edildi – Kim atıb?

Ukrayna Silahlı Qüvvələrinin üç “Neptun-MD” idarə olunan raketi Qara dəniz üzərində məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna hərbçiləri Kursk vilayətinin Rılsk şəhərinə iki HİMARS reaktiv yaylım atəşi sistemi mərmisi atıblar.

İyunun 5-də günortadan sonra Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində HIMARS reaktiv yaylım atəşi sistemindən bir mərmi və Ukrayna Silahlı Qüvvələrinə məxsus 154 pilotsuz uçan aparatı ələ keçirib və məhv edib.


Abunəlik