Qadını döyüb söydü,amma…
AZTİMES.AZ xəbər verir ki, məlumatı DİN mətbuat xidməti yayıb. Belə ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə avqustun 25-də Sahil qəsəbəsi ərazisindəki evlərin birində Sumqayıt şəhər sakini olan bir qadının döyülərək 140 manat pulunun alınması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Şəkərov saxlanılmışdır.
Araşdırmalarla onun avqustun 22-də yaşadığı evdə Bakı şəhər sakini olan digər bir qadını döyərək 100 manat pulunu alması da müəyyən edilmişdir.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.