“Qadın qatilləri siyasidir”- Jurnalist nələri AÇIQLADI

Baxılıb:544
“Qadın qatilləri siyasidir”- Jurnalist nələri AÇIQLADI

Azərbaycansayağı “feminizm”…və ya azərbaycanlı qadının şərəf məsələsi qrant siyasətində…

Bakı küçələrində səslənmirlər, bağırırlar ki, “qadın qətilləri siyasidir”. Kim? Bəli, onlar, “milli feministlər”. Belə baxanda düz deyirlər, qadın qətilləri siyasidir. Niyə? Izah edirəm.

Dövlətləri zəiflətmək, hakimiyyətləri yıxmaq üçün bəlli vasitələr var. Biri siyasi dildir. Danışıq, görüşmə, müzakirə yolu ilə baş tutar. Digəri iqtisadi, informativ, psixoloji və mənəvi pressinqlərdir. Və hətta hərbi dil də var.

Hərbi dillə Azərbaycanda bir zad edə bilmədilər. Siyasi dillə Türkiyə ilə ittifaq nə qədər var, o qədər də presinqlərə dözümlülük olacaq. Hətta bəzi məsələlərdə Azərbaycan Türkiyəsiz də sözünü deyə biləcək qüdrətdədir indi.

Informativ dildə, zəifik. Ona görə ki, illərlə ölkənin milli mediası və onun simaları bilərəkdən incidilib, sındırılıb, əzilib, alçaldılıb, sıradan çıxarılıb, təqiblərə məruz qalıb, həbsə atılıb. Indi ölkənin gələcəyinə işləyən üç-dörd ciddi, nüfuzlu media quruluşu var. Əksətiyyət reketçilik edir, firqə, şəxsi maraqlara çalışır. Və ya Irana, Rusiyaya, Ermənistana, Avropaya və Amerikaya, hətta Sorosa belə çalışır. Müstəqil fəaliyyətdə olan milli media adamları şəxsi təşəbbüslə bu basqıya təbii ki, qarşı dura bilməz. O üzdən söyüş, təhqir, hədə obyektidirlər.

Gələk mənəvi və psixoloji basqılara. Məsələn qadın üzərindən siyasi hücumlar. Qadın, ana az qala Azərbaycanın dövlət olaraq mənəvi gerbidir. Indi ölkəni burdan “vururlar”. Milli-mənəvi dəyərindən, simvolundan, qadınından.

Necə?

Diqqət edilsə son dönəmlər ölkədə intiharlar üzərində ciddi bölgü aparılır.

Azərbaycanda gənclərin intihar statistikası radikallara lazımdır. Yeri gəlmişkən, etirazçı nəslin gəncləşdirilməsi zərurətinin tələbi də sayıla bilər bu. Rusiya, Brlarusda da keçərli idi.

Azərbaycanda qadınların intihar statistikası feminist adlandırılan bir qrup başıpozuq, əqidəsiz dəstəyə lazımdır.

Ölkəfə yaşlılar arasında statistikadan, sosial durumlara bağlı iddialar səsləndirirlər.

Əsla bə əsla intihatların insanın həm də ruh halı olması məsələsinə toxunmurlar. Məsələn femirlər ki, yaxşı bir azərbaycanlı qadın bezib intihar edirsə məsələn bir yapon qadın niyə intihar efir. Axı o tam təminatlı ölkənin vətəndaşı sayılır.

Yəni bu məsələlər ölkədə getdikcə ciddi şəkil alır. Və diqqəti Qarabağ uğrunda gedən danışıqlardan yayındırır. Odur ki, dövlətə bu haqda dürüst hesabatlar verilməlidir. Dövət başçısına məruzə edilməlidir ki, qadın intiharları artıq siyasidir. Onu siyasiləşdirilər, həm də çox sürətlə.

Yeri gəlmişkən, bu hafisələrin kökü haqda ölkənin QHT sektorunun işi hətta yox səviyyəsindədir. Bir yerli telekanal bu olayların mahiyyəti barədə geniş müzakirə aparmır. Və nəticədə o yaranır ki, Azərbaycanda qadın ölümləri həm də Avropa və Qərbdən qrant əldə etmək üçün vasitəyə çevrilir.

Eyni zamanda Azərbaycanda qadına verilən dəyər ucuzlaşdırılır, özü də bilərəkdən. Azərbaycan qadını alçaldılır. Niyə? Çünki ciddi boşluqlar mövcuddur. Qazancsızdır deyə kimsə bu məsələlərin artıq informasiya təhlükəsizliyi, siyasi yön aldığını qəbullanmaq, onu təqdim etmək istəmir.

DIN “Tarqovıy”da tutur, Bayılda buraxır bu aksiya iştirkaçılarını.

DTX dözümlülük sərgiləyir.

Ölkə Prokurorluğu isə müdrikcə susur.

Təhlükədə qalan, dövlətin, Azərbaycan qadınının şərəfi və ləyaqətidir. Gözləyin cənablar, hamınız gözləyin, hətta hamımız gözləyək!..

Əslində isə dövlətin və Azərbaycan qadınının şərəf məsələsini kimlərinsə, qrat qazancına qurban eləmək olmaz, heç olmaz…

Jalə Mütəllimova /AzTimes.az/

.


Abunəlik