Qadın mafiya başçısı tutuldu

Baxılıb:518
Qadın mafiya başçısı tutuldu

Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.
AzTimes.az xəbər verir ki, əməliyyatlar nəticəsində “Xanımağa” ləqəbli qruplaşma lideri Güniz Akkuş və onun adamı Mustafa Kamal Yavuz ələ keçirilib.
Yerli mediada yer alan xəbərə görə, polisin keçirdiyi əməliyyatlar “qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, əmlaka zərər vurma və talama” faktları ilə əlaqədar olub.
Güniz Akkuş və Mustafa Kamal Yavuz məhkəmə zalındaca həbs olunaraq, cəzaçəkmə məntəqəsinə göndərilib. lent.az


Abunəlik