Qadın böyüklüyünü duymağa günümü lazım?Mehriban Sadıqova yazır

Baxılıb:211
Qadın böyüklüyünü duymağa günümü lazım?Mehriban Sadıqova yazır

Qadın – dünyanın ən gözəl və ən zərif varlığı. Qadın – bütün qanunları bir anda dəyişib, yenidən yaza biləcək bacarığında və qüvvəsində olan tək düha. Dünyanın çarxını öz istədiyi kimi əlində saxlamağa qüvvəsi olan bir gücə bayram etmək üçün günmü lazım ? Qadın bütün sahələrdə öz ağlı və fərasəti – bəzən mehribanlığı , bəzən sərtliyi , bəzən hiyləgərliyi , bəzən səmimiliyi ilə bütün insanlığı öz əlində cəmləşdirmiş bir varlığa- bayram etmək üçün günmü gərək ? Onun üçün gün ayırmaq onun cılızlaşdırmağa xidmət etməzmi ? Qadın hər evin çırağı , hər evin ocağıdır. Düşünək : bu çıraq hər gün yanmasa , bu ocaq hər gün alovlanmasa həyatmı olar ? Qadın dünyaya övlad gətirəcək , bəşəriyyətə yaşam verə biləcək bir anadır.
Ananın anası olan Vətən adlı müqəddəs bir evə hər gün Şəhid gəlirsə , onun üçün bayram etməyə günmü lazım ?
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir