“Qaçqınkom” şefinin müəmmalı tenderləri – İTTİHAM

Baxılıb:231
“Qaçqınkom” şefinin müəmmalı tenderləri – İTTİHAM

Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məcburi köçkün ailələrin, xüsusən qadınların hüquqlarının pozulması barədə son günlər bəzi internet media resurslarının yaydığı xəbərlərə münasibət bildirmişdi.Komitə tərəfindən yayılan məlumatda qeyd olunurdu ki,yanlış məlumat yayanlar,heç bir hüquqi normaya əsaslanmayan fikirlər söyləyənlər, qeyri-etik ifadələrdən də istifadə etməkdən, şər və böhtan xarakterli ittihamlar irəli sürməkdən çəkinmirlər.Məlumatda belələrinə qaçqınlıq və məcburi köçkünlük kimi həssas və ağrılı məsələyə münasibət bildirərkən mövcud qanunvericiliyi diqqətlə oxumağı tövsiyə edir, eyni zamanda, öz hüquqi məsuliyyətlərini dərk etməyə çağırış edilib. Bəs,onda…

Aktualinfo.org-un artıq bir aydan çoxdur ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovun elektron poçtuna ([email protected]) ünvanladığı sorğu məktubları niyə cavabsız qalır? Çox güman ki,Səbuhi Əhmədov qeyd etdiyimiz elektron poçta aylardır baxmır.Daha sonra Komitənin rəsmi e-mail poçtuna([email protected]) ünvanladığımız və əlaqə saxladığımız mətbuat xidmətinin işçisi də redaksiyamızın sorgusuna biganə yanaşdı.Sonradan hətta açdığımız zənglərə cavab vermədi.Redaksiyanın qaldırdığı şübhəli məsələlərə Komitənin rəsmiləri nə üçün münasibət bildirmir,cavab vermir,aydınlıq gətirmir? “Qaçqınlıq və məcburi köçkünlük kimi həssas və ağrılı məsələyə” Komitə rəsmiləri tərəfindən göstərilən münasibət budurmu? Həm obyektivlik tələb edən,həm də mətbuatın sorğularını cavabsız qoyan qurum iradlarında nə dərəcədə haqlıdır? Qərəzsiz və obyektiv araşdırma aparmadan məlumatları dərc etməməyi tövsiyə edən Dövlət Komitəsinin məsul işçilərinin mətbuata qarşı biganəliyinin haradan qaynaqlandığını deyə bilmərik,amma burada ölkə başçısı İlham Əliyev cənablarının KİV nümayəndələrinə qarşı olan səmimi münasibətini onların yadına salmağı özümüzə borc bilirik və aşağıda qaldırdığımız məsələlərə münasibət gözləyirik.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 03.10.2020-ci il tarixdə Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “MÜASİR TİKİNTİLƏR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 297100.05 manat məbləğində,20.10.2020-ci il tarixdə İmişli rayonunda məcburi köçkün qəsəbəsində daxili yolların təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 236995.35 manat məbləğində, 20.10.2020-ci il tarixdə Füzuli rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 164747.46 manat məbləğində,23.10.2020-ci il tarixdə Ağcabədi rayonunda məcburi köçkün qəsəbəsində daxili yolların təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 277952.95 manat məbləğində, 23.10.2020-ci il tarixdə Biləsuvar rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 256931.96 manat məbləğində, 23.10.2020-ci il tarixdə Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin təmiri üzrə “AZENERGO TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 192499.85 manat məbləğində, 28.10.2020-ci il tarixdə Goranboy rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “SİMMETRİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 118753.09 manat məbləğində müqavilələr bağlanılmışdır.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır.Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinn sözügedən işləri necə həyata keçirir? Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması,evlərdə nə kimi təmir işlərinin aparılması ictimaiyyətə nə üçün açıqlanmayıb.Ümumi göstərməklə kim bilə bilər ki,bu təmir işləri harada, kimin mənzilində aparılıb? Ötən yazıda da qeyd etdiyimiz kimi ayrılmış dövlət vəsaitlərinə görə təmir olunacaq fərdi yaşayış evlərinin təmirinə orta hesabla 20 min manat düşür.Hazırki bazar qiymətləri ilə sözügedən məbləğə kənd yerində 3 otaqlı yeni mənzil tikmək mümkündür.Bəs həmin məbləğə məcburi köçkünlərin qəsəbəsində bir neçə il əvvəl tikilərək istifadəyə verilmiş fərdi yaşayış evlərinin harası təmir olunur,bunlar nə üçün göstərilməyib?Kimin evi olduğu,ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb?Kim zəmanət verə bilər ki,ayrılan bu vəsaitlər başqa istiqamətlərə yönləndirilmir?Tenderlər əgər şəffaf keçirilirsə bütün bu yuxarıda göstəriyimiz amillər nəzərə alınmalıdır.Lakin bəlli olan odur ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti bütün bu amilləri görməzdən gəlir. Amma əminik ki,sözügedən tenderlərdə yol verilmiş nöqsanları araşdırdıqdan sonra Hesablama Palatası da,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də görməzdən gəlməyəcək.
Aktualinfo.org


Abunəlik