Qəzzadakı döyüşlərdə həlak olan jurnalistlərin sayı açıqlandı
Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.
Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.
Qətərin “Al Jazeera” telekanalı bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.