Qəzzada həlak olan tibb işçilərinin SAYI AÇIQLANDI
Ötən il oktyabrın əvvəlindən İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 500-ə yaxın tibb işçisi həlak olub, yüzlərlə insan yaralanıb.
Bu barədə İranın “Al-Alam” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində 130 təcili yardım maşını məhv edilib. Pis su təchizatı və kanalizasiya şəraiti vəziyyəti daha da pisləşdirib və bu, vaxtından əvvəl ölüm hallarının artmasına səbəb olub.
340-dan çox belə hadisənin qeydə alındığı İordan çayının qərb sahilində də tibb işçilərinə və obyektlərinə hücumlar qeydə alınıb.
Agentlik əlavə edib ki, son məlumatlara görə, ötən ilin oktyabrından bu yana Qəzzada ölənlərin ümumi sayı 39 790 nəfərə çatıb, yaralıların sayı isə 92 002 nəfərdir.