Qəzənfər Ağayev necə olur ki vəzifədə saxlanılır… – İDDİA

Baxılıb:318
Qəzənfər Ağayev necə olur ki vəzifədə saxlanılır… – İDDİA

“Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çətin mərhələ qarşısındadır. Əgər hansısa icra başçısı həbs olunursa, hansısa sakitcə görəvdən alınırsa, Astarada bütün bunların ötəsində bir olaylar baş verəcək”. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Redaksiyamıza deyilənlər: “Qəzənfər Ağayevin həbsi böyük rezonansa səbəb olacaq. Çünki bu adqam indidən “yuxarıda” ciddi vəzifə tutan nüfuzlu bir dövlət məmurunu şantaj etməklə məşğuldur. Yəni deyir ki, “əgər mən getsəm, sən batacaqsan”… Ona görə də bu günə kimi vəzifədə saxlanılır. Amma vaxtıdır…”

Mənbə olduqca ciddi faktları və Qəzənfər Ağayevin şantaj etdiyi nüfuzlu məmurun kimliyini açıqlayıb. Sadəcə olaraq dəqiqləşdirmə apardıqdan sonra bu barədə geniş məlumatları diqqətinizə təqdim edcəyik. Bizi izləməkdə davam edin…

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…


Abunəlik