“Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı”

Baxılıb:392
“Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı”

Ağsu bazarının fəaliyyətini dayandıran polis mayoru Vüsal Əliyev barəsində 94 icarədar daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə şikayət edib. Şikayətdən sonra müraciətə imza atan şəxslərin saxlanıldığı bildirilir.

“SVO” MMC-nin təsisçisi, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev “Aztimes.az”a müraciət edərək bildirib ki, bazarda yalnız ərzaq və kənd təsərrüfatı məhsulları satılır, digər mağazalar bağlıdır: “Dekabrın 29-da Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev gəlib polis əməkdaşları ilə bazarın fəaliyyətini dayandırdı. Ona dedik ki, Operativ Qərargahla danışmışıq, bizim fəaliyyətimizə icazə var. O da dedi ki, Qərargaha deyin Vüsal müəllim deyir ki, bağla.

Vüsal Əliyevin bu hərəkətlərindən bazardakı 94 icarədar Baş Prokuror Kamran Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Dünəndən başlayaraq həmin müraciətə imza atanları bir-bir polis şöbəsinə aparıb hansısa yollarla şikayətlərindən imtina etdirirlər. Ərizəni yazan Babayev Fariz Böyükağa oğlu imtina etmədiyi üçün döyülüb və kameraya salınıb”.


Abunəlik