Qənirə Paşayevadan koronavirusla mübarizədə şəhid və qazi ailələrinə, tənha yaşlı insanlara – DƏSTƏK

Baxılıb:141
Qənirə Paşayevadan koronavirusla mübarizədə şəhid və qazi ailələrinə, tənha yaşlı insanlara – DƏSTƏK

Ölkəmizin koronavirusla mübarizə apardığı bir vaxtda birlik olmağımız hər şeydən çox vacibdir. Millət vəkili Qənirə Paşayeva bu məqsədlə öz sosial şəbəkəsindəki hesabından seçildiyi dairədə olan şəhid ailələri, qazi və tənha yaşlı insanlara koronavirusdan qorunmaları üçün bir sıra tibbi ləvazimatlar göndərəcəyini açıqlayıb.
AzTimes.az KONKRET.aza istinadən həmin açıqlamanı təqdim edir: “Gələn həftə Tovuzda 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara millət vəkili Q.Paşayeva və bir sıra dostları tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək. İmkanı çatan insanları bu məsələdə imkanları çox zəif olan ailələrə də dəstək olmağa çağırırıq. Hər bir imkanı olan şəxs 5-10 belə materialları almağa çətinlik çəkən ailələrə dəstək olsa, heç bir şey itirməz. Amma insanlıq adına çox şey qazanar. Cənab Prezidentimizin də vurğuladığı kimi biz birlikdə güclüyük!”, – deyə millət vəkili bildirib.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir