Qələbə münasibətilə əfv olacaqmı? – “İndi lap yeridir”
Prezidentin məhbuslarla bağlı humanizminin dəfələrlə şahidi olmuşuq. İstiqlal savaşındakı qələbə münasibətilə bir müddət əvvəl bir neçə siyasi məhbusa azadlıq verildi. Bu, yenə də davam edə bilərmi? Qarabağın azad olunmasına, ordumuzun və diplomatiyamızın uğurlarına görə məhbuslara azadlıq verilə bilərmi?
Hüquq müdafiəçisi, Əfv komissiyasının üzvü Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bu suala aydınlıq gətirib:
“Bəli, yəqin ki, əfvlər yenə olacaq. İndi bu xoş təşəbbüsün lap yeridir. Əlbəttə, çox gözəl olardı. Hər halda yenə əfv olacağına ümid edirik”.