“Qəhrəmanlaşdırılmış”dan əsl qəhrəmana məntiqsiz ittiham

Baxılıb:209
“Qəhrəmanlaşdırılmış”dan əsl qəhrəmana məntiqsiz ittiham

Deyəsən, ermənilər bizi hər sahədə üstələyib axı…! İndi də dəyərlərimizdən biri olan Ramil Səfərovu hədəfə alıblar! Özdə Avropa İnsan Haqları Məhkəməsinin əli ilə!
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi) “Ramil Səfərov işi” ilə bağlı qərar çıxarıb. Qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının “yaşamaq hüququ” (2-ci maddə) və “etnik ayrı-seçkiliyin qadağan olunması” (14-cü maddə) maddələrini “pozub”.

Məhkəmənin qənaətinə görə, “Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil.”
Deməli, qərara əsasən, Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir. Qərar Ermənistandan olan iki şikayətçi – qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.
Bu məsələdə ermənini qoyaq kənara…Erməni elə ermənidi, düşməndi … Nə dedi, necə dedi, önəmli deyil, erməni düşmənliyini bildirir, yaxudda düşmən erməniliyini bildirir…
Bəs onda bizimkilərə nolub?
Bəs, onlar kim olduğunu sübut eləməyə çalışırlar?
Məsələn, REAL Partiyasının sədri İlqar Məmmədov sensayon bir söz deyib:”Ramil Səfərovun qəhrəmanlaşdırılması milli məqsədlərimizə uyğun olmayan qərar idi”
Bax, bu da bir azərbaycanlının digər azərbaycanlıya “dəstəyi”…


Bir çoxunuzun yadına gələr:Terrorçu Varujan Karapetyan! O, 1954-cü ildə Suriyanın Qamışlı şəhərində erməni ailəsində dünyaya gəlmişdir.1983 -cü ilin15 iyultarixindəParisin Orli hava limanında yerləşənTürk Hava Limanınınkassasında təşkil etdiyi bomba partlayışına görə, Fransa polisi tərəfindən həbs edilmiş və bombanı yerləşdirdiyini boynuna almışdır. Terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdır. Bax, o vaxt Varujan həbsxanadan Ermənistana sürgün edilməsi şərti ilə, Fransa dövləti tərəfindən azadlığa buraxılmışdır.Varujan Karapetyan kimi bir terrorçunu İrəvanda təntənə ilə, qəhrəman kimi qarşıldılar və hələ indiyənə qədər heç bir eməni onun terrorçu olduğunu etiraf etməyib və bu gün də qəhrəman kimi təbliğ edilməkdədir.
Ay , “demokratik” realçı İlqar müəllim, elə bu faktı ortaya qoymaqla ermənilərin bu mövzuda Azərbaycana ümumiyyətlə, heç bir iddiası olmamasını deyə bilərdiniz! Axı siz, savadlı, dünyagörüşlü bir siyasətçiydiniz! Amma Ramilin “qəhrəmanlaşdırılmasını” bir problem kimi ortaya qoyursunuz! Bir vətəndaş kimi soruşuram : NİYƏ?
Yeri gəlmişkən, təxminən eyni fikirləri siyasi şərhçi Zərdüşt Əlizadə də deyib:” Ramil Səfərov əfv olunana kimi hüquqi məsələlərə əməl olunub, amma qaytarılandan sonra onun “qəhrəman kimi qarşılanması hər şeyi korlayıb. Ermənilər qanundan istifadə edib Azərbaycanı cəzalandırıb və ölkə millətçilər və hakimiyyətinin bacarıqsızlığı ucbatından növbəti dəfə uduzub.”
Ermənilər insanlığın, xüsusən türklərin qənimi hesab edilən Andranik Ozanyana , (Təkqulaq), faşist Njdeyə abidələr qoyur, memorial komplekslər tikir və bunun üçün Rusiya kimi hegemon bir dövlətlə hətta maraqları toqquşur… Geri çəkilmirlər….
Amma adi bir məhkəməyə görə, Ramili qoydunuz “baqaj”a..
Nə deyim , vallah! Sizə noldu, ay azərbaycanlılar, niyə hamınız kütləvi şəkildə ermənipərəst oldunuz?
P.S. “Bizimyol” qəzetinin baş redaktoru Bahəddin Həzi əla deyib! O, ReAl Partiyanın sədri İlqar Məmmədovun Ramil Səfərovla bağlı mövqeyinə çox sərrast bir cavab verib:”Hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin”
İnşallah, elə bir şey olmaz!
Əntiqə Rəşid


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir