Qəbələnin baş məşqçisi: “Evdə 0:2 hesabı ilə uduzmağımız bizə pis təsir edir”

Baxılıb:190
Qəbələnin baş məşqçisi: “Evdə 0:2 hesabı ilə uduzmağımız bizə pis təsir edir”

Qəbələ”nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandasına evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis öncə matçı dəyərləndirib. O, bildirib ki: “Mobil komandaya qarşı yaxşı oynadıq. Bilirdik ki, fiziki, taktiki planda hazırlıqı komandadır. Bunu meydanda da göstərdilər. Göstərdilər ki, hazırda optimal formadadırlar. Əbəs yerə çempionatda lider deyillər. İtkilərimiz vardı. Zədəli, tam hazır olmayan futbolçularımız var. Davit Volkov toplanışda zədələnmişdi. Yeni komanda qururuq. Optimal formada olduğumuzu deyə bilmərəm. Evdəki ilk matçda 0:2 hesabı ilə uduzmağımız bizə pis təsir edir. Əlimizə düşən qol şansları uzun ötürmələrdən sonra olurdu. Rəqibin müdafiəsinin arxasına verilən ötürmələrlə buna nail olmaq istəyiridk. Bəzən alınırdı, ancaq son zərbə qapıya getmirdi.” Davud Tarverdiyev AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir