Qəbələdə türk əsgərlərinin məzarı dağıdılır

Baxılıb:399
Qəbələdə türk əsgərlərinin məzarı dağıdılır

1918-ci ildə  daşnaklar tərəfindən törədilən  vəhşiliklərin qarşısını almaq məqsədi ilə Azərbaycana gələn Qafqaz İslam Ordusu onları təqib edərək Bakıya doğru irəliləmişlər. Bu gün demək olar ki, Bakıya qədər bütün ərazilərdə naməlum türk əsgərlərinin məzarlarına rast gəlmək olur. Hətta sovet hökumətinin ən hökmlü illərində belə xalqımız o məzarları toxunulmaz olaraq saxlamağı bacarmışdılar.  Bəzi rayonların ərazisində sakinlər bu qəbirləri müqəddəs ziyarətgah kimi qoruyub.

Qəbələ Azərbaycanın qədim guşələrindəndir. Cənnəti xatırladan təbiəti ilə dünyada məhşur olan Vəndam da həmçinin. Lakin indi burada başqa küləklər əsir. Vəndam  kəndi ərazisində olan köhnə qəbiristanlıq məhv edilərək  yerində dükanların tikintisinə başlanışıb. Sakinlər bu vəziyyətə narazılıq edərək etiraz bildirsələr də kənd bələdiyyəsi  Asif Həşimov və Vəndam kənd icra nümayəndəsi İlham Bağırov “Burda mənəm, Bağdadda kor xəlifə” misalını əldə bayraq edərək heç kimi saymır. Məsələnin ən dəhşətli tərəfi isə qəbiristanlıqda olan iki naməlum  türk əsgərinə məxsus olan məzarın tamamilə məhv edilməsidir. Kənd sakinlərinin iddialarına görə bir zamanlar bu qəbiristanlıqda olan iki adsız məzar hələ sovet dövründə onlara nənə- babaları tərəfindən tanıdılaraq bu qəbirlərin bir zamanlar xalqa köməyə gələn Qafqaz -İslam ordusunun iki naməlum əsgərinə məxsus olduğunu deyiblər.

Kənd sakini Sərmayə Salmanova nənəsinin türk dəstələrinin kəndə gəlişini xatırladığını nəql etdiyini deyir:” O vaxt kiçik olsam da hər şeyi xatırlayıram. İki əsgər cənazəsi gətirildi və elə əsgər formasında dəfn edildi. Bu iki məzar onlara məxsusdur”. Kənd sakinlərinin əksəri bu barədə məlumatlı olduqlarını bildirirlər.  Burada söküntü işləri aparılarkən məzarların türk əsgərlərinə məxsus olması barədə Asif Həşimova dəfələrlə məlumat verilsə də o, buna əhəmiyyət verməmişdir. Azərbaycan- Türkiyə qardaşlığını sübut edən şanlı tarixi qorumaqdansa, vandalizm siyasəti yeridərək silmək Azərbaycan xalqı və tarixi qarşısında ən böyük  cinayətdir.

Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

Şahin Cavadov  /AzTimes.az/


Abunəlik


7 thoughts on “Qəbələdə türk əsgərlərinin məzarı dağıdılır

  1. Geri izləmə: ลีโอ 999
  2. Geri izləmə: รับทำ SEO
  3. Geri izləmə: marbo 9000 puff

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir