Putinin atom həmləsi Qərbi hərəkətə keçirdi: dərhal müdaxilə ediləcək

Baxılıb:78
Putinin atom həmləsi Qərbi hərəkətə keçirdi: dərhal müdaxilə ediləcək

“Qərb Rusiyanın Ukraynadakı atom elektrik stansiyalarına mümkün hücumları təhlükəsini nəzərə almalıdır. Əgər bu baş verərsə, dərhal müdaxilə etmək lazım gələcək”.

Bu sözləri Polşa prezidenti Andjey Duda bildirib.

O, həmçinin xatırladıb ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya artıq Zaporojye AES-ə və Çernobıl Atom Elektrik Stansiyasının ərazisinə hücum edib. Lakin xoşbəxtlikdən nüvə fəlakəti baş verməyib.

“Qalan elektrik stansiyalarına – Rivne və ya Xmelnitskiyə hücum təhlükəsi var və biz bunu nəzərə almalıyıq, əgər hücumlar olarsa, dərhal müdaxilə etməliyik”, – Duda vurğulayıb.

Qeyd edək ki, sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Zelenski bildirib ki, Rusiya Ukrayna ərazisində üç AES-ə hücum etmək istəyir və onların belə niyyətlərinə dair sübutlar var. Zelenski daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya Ukrayna nüvə stansiyalarının çəkilişləri üçün Çin peyklərindən istifadə edir. Bu, Moskvanın Ukraynanın nüvə obyektlərinə hücumlara hazırlığı ola bilər.


Abunəlik