Putindən SƏRT QƏRAR – Miqrantlar bunları sübut edə bilməsələr…

Baxılıb:33
Putindən SƏRT QƏRAR – Miqrantlar bunları sübut edə bilməsələr…

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün hərtərəfli imtahan keçirmək hüquq və vəzifələrinin üçüncü şəxslərə verilməsini qadağan edən qanunu imzalayıb.

Sənəd Kremlin rəsmi internet portalında dərc olunub.

Yeniliklər “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu tamamlayacaq.

Müvəqqəti yaşamaq icazəsi, iş icazəsi, patent və ya yaşayış icazəsi almaq üçün miqrantlar rus dilini bilmələrini, tarix və Rusiya qanunvericiliyinin əsaslarını imtahan yolu ilə sübut etməlidirlər.

Dəyişikliklər imtahanların keçirilməsi və sertifikatların verilməsi ilə bağlı hüquq və vəzifələrin üçüncü şəxslərə verilməsinə birbaşa qadağa qoyulmasını nəzərdə tutur. İmtahanlar və bu barədə sənədlərin verilməsi yalnız Rusiya hökuməti tərəfindən müəyyən edilmiş siyahıya daxil edilmiş dövlət qurumları tərəfindən həyata keçirilə bilər .


Abunəlik