Putindən dollarla bağlı kritik çağırış: Silahdır, əvəzlənməlidir

Baxılıb:42
Putindən dollarla bağlı kritik çağırış: Silahdır, əvəzlənməlidir

Rusiya prezidenti Putin silah kimi istifadə edilən ABŞ dollarının dəyişdirilməsinə çağırıb.

Bu barədə Putin BRİKS-in genişləndirilmiş toplantısında danışıb.

“Dollar silah kimi istifadə olunur. Biz bunun belə olduğunu görürük. Hesab edirəm ki, bu, bunu edənlərin böyük səhvidir”, – Putin deyib.

Rusiya dövlətinin başçısı qeyd edib ki, dollar hələ də dünya maliyyəsinin ən mühüm alətidir: “Biz dollardan imtina etmirik, onunla mübarizə aparmırıq. Amma bizə işləməyə icazə verilmirsə, nə edək?”

“Biz başqa alternativlər axtarmağa məcburuq – baş verən budur”, – Putin yekunlaşıdırb.

Oktyabrın 22-də Kazanda XVI BRİKS sammiti işə başlayıb. Burada 36 dövlətin nümayəndə heyəti iştirak edir.


Abunəlik